Haqqımızda

Müasir dünyamızda informasiya ən dəyərli məhsullardan biri hesab oluna bilər. Lazımı anda, lazımi məlumatın əldə olunması həyata keçirilən istənilən fəaliyyətin uğur nöqtəsi hesab oluna bilər. İnformasiyanın vacibliyi onun əldə olunması və istifadəsinin asan olmasını şərtləndirməklə, təqdim olunan məlumatın doğruluğu və təqdim olunma tezliyi ön plana çıxır.

Məlumatın əldə olunması zəmanəmizin şərtlərindən birinə çevrilmişdir. Müxtəlif təşkilatların ünvanları, telefon nömrələri, kinoteatrda gedən filmlərin seansları və teatr afişaları, kommersiya xarakterli məlumatlar, qatar və avtobusların hərəkət cədvəlləri, müxtəlif növ xidmətlərdən rahat  istifadə imkanı vahid bir qurum tərəfindən təqdim olunması geniş çeşiddə xidmətlərdən istifadəni asanlaşdırır. Bu növ xidmətləri vahid üç rəqəmli xidmət şəklində təklif olunması avropa ölkələrində geniş tətbiq olunan həll üsullarında biridir. Artıq bu növ xidmətin- “118  Məlumat- Sorğu Xidməti”nin Azərbaycanda istifadəyə verilməsi istifadəçilərə fayda dolu dünya təqdim edir.

“118 Məlumat- Sorğu Xidməti” spesifik xidmət sahəsi olub, özündə bir çox xidmət sahələrini birləşdirir. Bu səbəbdən xidmətin  keyfiyyəti və müştəri məmnuniyyəti bir çox amillərdən asılı olur. “118  Məlumat –Sorğu Xidməti”nə 24 saat, həftənin 7 günü, bayram və istirahət günlərində müraciət oluna bilər. Xidmətin Azərbaycanda analoqunun olmaması müştəri marağına səbəb olmaqla bərabər, işin necə geniş spektrda həyata keçirildiyindən xəbər verir. Bu servis hazırki an üçün respublikamızda yeganədir, bu səbəbdən əhali onun təqdim etdiyi  imkanlarla tanış olmalıdır. Zəruri olan məlumatın operativ surətdə istifadəçilərə təqdim olunması, əhatəli məlumat bazası, təqdim olunan əlavə xidmətlərin əsas məqsədi  istifadəçilərin maksimal faydalanmasıdır. 

“118 Məlumat-Sorğu Xidməti”nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə “118” yığmaqla mümkündür. Hal-hazırda Azərbaycanda ən geniş məlumat bazalarından birinə malik olan “118 Məlumat-Sorğu Xidməti”nə məlumat-sorğu funksiyasından başqa turizm, xatırlatma xidməti, yolda təmir xidməti, alternativ maşın xidməti, evakuator və ayıq sürücü kimi xidmətlər də daxildir. “118 Məlumat-Sorğu Xidməti”nə Azərbaycanın istənilən yerindən zəng etmək mümkündür. Bunun üçün prefikssiz sadəcə 118 qısa nömrəsini bilmək kifayətdir.

118 – Sadə, Rahat, Güvənli!
Bütün xidmətlər üçün vahid qiymət tarifi tətbiq olunur 1 saniyə - 0.008 AZN (ƏDV daxil).